Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib

Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib.
Digər ölkələr
21 İyul , 2019 03:56
Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter"dəki səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Türkiyə ordusu PKK-nın Metin ərazisindəki obyektlərinə zərbələr endirib. Hava hücumları zamanı 3 terrorçu zərərsizləşdirilib.

Zərbələr zamanı həmçinin terrorçuların atəş nöqtələri sığınacağı da məhv edilib. Hava zərbələri "Pəncə" əməliyyatının qərargahı ilə əlaqələndirilib. 

Son xəbərlər

Orphus sistemi