Türkiyə “Mossad”ın agentini Livana təhvil verib
- 26 yanvar, 2018
- 11:15
Bakı. 26 yanvar. REPORT.AZ/ İsrailin etirazlarına baxmayaraq, Türkiyə "Mossad"ın agenti olmaqda təqsirləndirilən Məhəmməd Beytiyanı Livana təhvil verib.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, HƏMAS fəalı Məhəmməd Hamdana qarşı törədilən sui-qəsdin təşkilatçısı olmaqda şübhəli bilinir.
Məlumata görə, 5 il əvvəl Türkiyə ilə Livan arasında imzalanan axtarışda olan cinayətkarların ekstradisiya haqqında müqaviləyə əsasən, M.Beytiya ölkəsinə təhvil verilib.
38 yaşlı M.Beytiya yanvarın 19-da İstanbulda saxlanılıb. Yanvarın 14-də sui-qəsddən sonra onun Biderlanda uçduğu bildirilir. Hadisədən sonra M.Hamdan sağ qalıb.
Məlumata görə, HAMAS fəalının mindiyi avtomobilə partlayıcı qurğu quraşdırılıbmış. Bomba o, avtomobili işə salandan sonra partlayıb. M.Hamdan avtomobildən çıxa bilib.
İsrail hökuməti M.Hamdana sui-qəsddə “Mossad”ın əli olduğunu təkzib edib.