Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib

Digər ölkələr
  • 03 may, 2018
  • 01:26
Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib

Bakı. 3 may. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri terrorçuların İraqın şimalındakı Avaşin-Basyan ərazisindəki mövqelərinə zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Ordusunun Baş Qərargahına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, zərbələr nəticəsində 2 terrorçu öldürülüb. Bundan əlavə, Türkiyə Hərbi Hava Qüvvələri əməliyyatın gedişində terroçuların sığınacağını və silah anbarını da məhv edib.

PKK terrorçuları Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına hücumlar təşkil edirlər.