Yunanıstanda Türkiyə diplomatının avtomobili yandırılıb

Digər ölkələr
  • 23 dekabr, 2019
  • 08:51
Yunanıstanda Türkiyə diplomatının avtomobili yandırılıb

Yunanıstanın Saloniki şəhərindəki Türkiyə konsulluğunun diplomatlarından birinin avtomobili yandırılıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, yanğın dekabrın 23-də səhər saatlarında olub.

Bildirilib ki, avtomobil arxa təkərlərinə şam yerləşdirilərək yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov başqa avtomobillərə keçməyib.

Yerli polis hadisə ilə bağlı araşdırma aparır. 

Yanğının törədənin kimliyi məlum deyil.