Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib

Digər ölkələr
  • 15 oktyabr, 2018
  • 11:44
Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Belçikada keçirilən bələdiyyə seçkilərində Türkiyə əsilli 100-dən çox namizəd iştirak edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlardan 27-si yerli məclislərə üzv seçiliblər.

Əmir Kır isə yenidən Brüsselin Sent-Josse bələdiyyəsinin sədri seçilib.

Bu rayonda biri sədr olmaqla 8 türk bələdiyyə üzvü olmaq hüququ qazanıb. Sosialistlər Partiyasından namizəd olmuş Şevket Temiz isə Brüssel şəhər bələdiyyəsinə üzv seçilib. 

44 - Tezliklə