Turist Çində Terrakota Ordusunun iki gil əsgərini zədələyib
Digər ölkələr
- 31 may, 2025
- 22:11
Çinin şimal-qərbində yerləşən Şensi əyalətinin inzibati mərkəzi olan Sian şəhərində bir turist Terrakota Ordusunun iki qədim gil əsgər fiqurunu zədələyib.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı kişi hasarı aşaraq imperator Sin Şihuandinin məqbərəsindəki əsgər fiqurlarına doğru 5,4 metrə qədər dərinliyi olan çuxura tullanıb. O, gil əsgərləri itələyib və toxunub, nəticədə onlardan ikisi zədələnib.
Polis onu saxlayıb. Sonradan məlum olub ki, kişi psixi xəstəlikdən əziyyət çəkir.
Qeyd edək ki, Terrakota Ordusu təxminən e.ə. 209-cu ildə Çinin ilk imperatorunun məqbərəsini bəzəmək üçün yaradılıb və təxminən 8 min fiqurdan ibarətdir.
Son xəbərlər
12:38
Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
Mədəniyyət siyasəti12:17
Sabah Bakıda 30 dərəcə isti olacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Ekologiya11:57
"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib
Hadisə11:53
Ağdamda minalanmış ərazidə yanğın olub
Hadisə11:49
Zelenski: Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib
Digər ölkələr11:24
İranda 5 maqnitudada zəlzələ olub
Region11:13
Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA
Ekologiya11:08
Foto
Video
Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib
Hadisə10:52
Foto