Turində polislə anti-qlobalçılar arasında qarşıdurma zamanı 11 nəfər xəsarət alıb

Turində polislə anti-qlobalçılar arasında qarşıdurma zamanı 11 nəfər xəsarət alıb Onlar "Böyük səkkizlik" ölkələrinin əmək nazirlərinin görüşü ilə əlaqədar mitinq keçiriblər
Digər ölkələr
1 Oktyabr , 2017 04:58
Turində polislə anti-qlobalçılar arasında qarşıdurma zamanı 11 nəfər xəsarət alıb

Bakı. 1 oktyabr. REPOT.AZ/ İtaliyanın Turin şəhərində polis ilə anti-qlobalçılar arasında toqquşma nəticəsində azı 11 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Corriere TV məlumat yayıb.

Bildirilir ki, insident nəticəsində 7 polis və hərbçi yaralanıb.

Anti-qlobalçılar "Böyük səkkizlik" ölkələrinin əmək nazirlərinin görüşü ilə əlaqədar mitinq keçiriblər.

Bundan əvvəl polis fəallara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Son xəbərlər

Orphus sistemi