Tunisdə turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb

Digər ölkələr
  • 07 aprel, 2019
  • 22:39
Tunisdə turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb

Tunisin cənubundakı Matmata şəhərində bir turist avtobusunun qəzaya düşməsi səbəbindən azı beş nəfər ölüb, 10-u isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Mosaique" radiosu məlumat yayıb.

Bildirilib ki, avtobus uşaqları ekskursiyaya aparırmış.  Avtobusun içərisində Medenin və Tatavin şəhərlərindən 28 nəfər olub. 

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb. 

Hadisə yerində xilasetmə işləri aparılır.

44 filmi