Tunisdə miqrant qayığının qəzaya uğraması nəticəsində 79 nəfər ölüb

Tunisdə miqrant qayığının qəzaya uğraması nəticəsində 79 nəfər ölüb Bakı. 8 iyun. REPORT.AZ/ Tunisdə qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 79 nəfər ölüb.
Digər ölkələr
8 İyun , 2018 22:41
Tunisdə miqrant qayığının qəzaya uğraması nəticəsində 79 nəfər ölüb

Bakı. 8 iyun. REPORT.AZ/ Tunisdə qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 79 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin cənub-şərq sahillərində baş verib. Daha əvvəl Tunisin Daxili İşlər Nazirliyi 74 nəfərin cəsədinin tapıldığını bildirib. 

Hadisə yerinə gələn milli qvardiya və Hərbi Hava Qüvvələrinin bölmələri 68 miqrantı xilas edib.

Son xəbərlər

Orphus sistemi