​Tunisdə fövqəladə vəziyyət elan olunub

​Tunisdə fövqəladə vəziyyət elan olunub Ölkə prezidenti bunu televiziya vasitəsi ilə rəsmi bəyan edəcək
Digər ölkələr
4 İyul , 2015 19:38
​Tunisdə fövqəladə vəziyyət elan olunub

Bakı. 4 iyul. REPORT.AZ/ Tunis prezidenti Bəci Kaid əs-Səbsi Sus şəhəri yaxınlığındakı kurort zonasında törədilən terror aktı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, prezident bunu yerli vaxtla 19.00-da televiziya ilə müraciətində rəsmi olaraq bəyan etməyə hazırlaşır.

İyunun 26-da baş verən və 40 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti “İraq-Şam İslam Dövləti” terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi