Tunis polisi yüzlərlə miqrantı həbs edib, qaçaqmalçıların qayıqlarını ələ keçirib
Digər ölkələr
- 16 sentyabr, 2023
- 23:17
Tunis polisi, təyyarələr və terrorla mübarizə bölmələrinin dəstəyi ilə, Avropaya gedən miqrantların əsas çıxış nöqtəsi olan sahilyanı Sfaks bölgəsində yüzlərlə miqrantı həbs edib və qaçaqmalçıların qayıqlarını ələ keçirib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Əməliyyat prezident Qais Səidin göstərişi ilə həyata keçirilib. Tunis Milli Qvardiyasının bölmələri yüzlərlə miqrantın yaşadığı evlərdə axtarış aparıb, miqrantları sahilə aparan yük maşınları və qaçaqmalçıların istifadə etdiyi qayıqları ələ keçirib.
Cebiniana, Kerkenna, Msatriya və Sfaks şəhərlərində təyyarələr, polis itləri, hərbi yük maşınları və yüzlərlə polisin iştirak etdiyi əməliyyatda bir neçə insan qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.
Son xəbərlər
06:27
"CBS News": ABŞ Küveytdəki səfirliyinin əməkdaşlarının təxliyəsinə başlayıb
Digər ölkələr05:43
Bakı-Quba yolunda yük maşınının vurduğu şəxs ölüb
Hadisə05:31
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Digər ölkələr05:06
CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib
Digər ölkələr04:51
Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
Region04:22
Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
Xarici siyasət04:05
Hindistan HHQ-nin radarlardan itmiş qırıcısı qəzaya uğrayıb - YENİLƏNİB
Digər ölkələr03:38
Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
Digər ölkələr03:09