Trampın kürəkəni prezident seçkilərində qadın kimi qeydiyyata alınıb

Trampın kürəkəni prezident seçkilərində qadın kimi qeydiyyata alınıb Оnun cinsinin nə üçün qadın kimi qeyd edilməsi məlum deyil
Digər ölkələr
28 Sentyabr , 2017 04:51
Trampın kürəkəni prezident seçkilərində qadın kimi qeydiyyata alınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşner prezident seçkilərində qadın seçici kimi qeydiyyata alınıb.

"Report"un məlumatına görə, bu barədə "Wired" xəbər verib.

Qeyd olunur ki, onun Nyu-Yorkdakı seçici anketinin cins qrafasında qadın yazılıb.

Kuşnerin şəxsi anketində onun cinsinin nə üçün qadın kimi qeyd edilməsi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi