ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti ilə bağlı işi Senata çərşənbə günü göndərəcək.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti demokratların palatadakı fraksiyasının rəhbərlərindən biri Hakim Jeffrisə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Polesi qapalı görüşdə, palatada Trampın impiçmenti maddələrinin Senata ötürülməsi ilə bağlı səsvermənin çərşənbə günü keçirilə biləcəyini bildirib. O, Nümayəndələr Palatasının deputatları arasında ittihamçıların adlarını açıqlamayıb. Nensi Polesi bildirib, "onu bu gün etməyə hazır deyil".
"Spiker (Nensi Pelosi) bütün fraksiyanın razılığı ilə aydınlaşdırdı ki, impiçment maddələri sabah hansısa bir anda Senata veriləcək”, - Jeffris deyib.
Ötən ilin dekabrında Nümayəndələr Palatası Trampa qarşı iki maddə üzrə impiçment tələbi irəli sürüb. Bunlar prezidentin səlahiyyətlərin aşması və Konqresin işinə mane olması ittihamlarıdır.