Trampın böyük oğlu içərisində şübhəli toz olan məktub alıb

Trampın böyük oğlu içərisində şübhəli toz olan məktub alıb ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu poçtla içərisində naməlum toz olan zərf alıb.
Digər ölkələr
27 Fevral , 2024 06:42
Trampın böyük oğlu içərisində şübhəli toz olan məktub alıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu poçtla içərisində naməlum toz olan zərf alıb.

“Report” xəbər verir ki, bu barədə Amerikanın “The Daily Beast” nəşri siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, səlahiyyətlilər məktubda dəqiq nə olduğunu hələ müəyyən etməyiblər, lakin onlar tozun öldürücü olmadığını bildiriblər.

Nəşrin mənbələrə istinadən qeyd etdiyi kimi, siyasətçi məktubu Floridadakı evində açıb, bundan sonra ağ toz otağa səpələnib.

Kiçik Trampın evinin yaxınlığında yanğınsöndürən maşınlar və qoruyucu geyimli insanlar görünüb.

Son xəbərlər

Orphus sistemi