Tramp yenidən seçkidə qalib gəldiyini iddia edib

Tramp yenidən seçkidə qalib gəldiyini iddia edib ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəldiyini bildirib.
Digər ölkələr
8 Noyabr , 2020 02:05
Tramp yenidən seçkidə qalib gəldiyini iddia edib
Donald Tramp

ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəldiyini bildirib.

“Report” xəbər verir ki, o, seçki marafonunda qələbə qazandığını iddia edib.

“Mən seçkilərdə qalib gəldim, 71 milyon qanuni səs topladım”, - deyə Donald Tramp tvitterdəki hesabında qeyd edib.

"Müşahidəçiləri səslərin hesablanması otaqlarına buraxmadılar. Mən seçkiləri uddum, 71 milyon qanuni səs aldım. Pis şeylər oldu, hansılar ki, bizim müşahidəçilərimizə görməyə icazə vermədilər. Beləsi əvvəl heç vaxt olmamışdı. İnsanlarla göndərilən milyonlarla bülleteni poçtla göndərmək lazım idi, bu barədə xahiş etməmişdilər!" - Tramp tvitterdə yazıb.

Daha əvvəl ABŞ-ın “ABC News”, “FOX News”, CNN, AP və NBC kimi nüfuzlu mətbu orqanları prezident seçkilərində Co Baydenin qalib gəldiyini elan ediblər. Seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi