Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp xanımı Melanye Trampla birlikdə Yaponiyaya səfər edib.
"Report"un məlumatına görə, bu barədə "Fox News" xəbər verib.
Qeyd olunur ki, prezidentin təyyarəsi Amerikanın Yaponiyadakı "Yokota" hava bazasında yerə enib. Daha əvvəl bildirilib ki, ABŞ lideri yapon həmkarı ilə KXDR problemini, habelə Yaponiya ilə ticarət məsələsini müzakirə edəcək.
Ağ Ev rəhbərinin Yaponiyaya səfəri Asiya regionuna 13 günlük turun tərkib hissəsidir. Həmin tura Çinə və Vyetnama səfərlər də daxildir.