Tramp Yaponiyanı KXDR-in raketlərini vurmaqdan imtina etdiyinə görə tənqid edib

Tramp Yaponiyanı KXDR-in raketlərini vurmaqdan imtina etdiyinə görə tənqid edib Ağ Ev rəhbəri: "Bu ki, samurayların ölkəsidir"
Digər ölkələr
5 Noyabr , 2017 07:50
Tramp Yaponiyanı KXDR-in raketlərini vurmaqdan imtina etdiyinə görə tənqid edib

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Сənub-Şərqi Asiya ölkələrinin liderləri ilə telefon danışıqları və görüşlərində Yaponiyanı dəfələrlə KXDR-in ballistik raketlərini vurmaqdan imtina etdiyinə görə tənqid edib.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Nə üçün onlar ölkənin ərazisi üzərində uçan raketləri vurmadılar? Bu ki, samurayların ölkəsidir. Mən bunu başa düşmürəm", - deyə agentlik Trampdan sitat gətirib.

Son xəbərlər

Orphus sistemi