Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqton və Pekinin tezliklə ticarət sazişi imzalayacaqlarını istisna etməyib.
"Report" xəbər verir ki, ABŞ rəhbəri bu barədə özünün "Twitter" hesabında yazıb.
"ABŞ-ın işləri çox yaxşı gedir. Çin böyük və hərtərəfli saziş imzalamaq istəyir. Bu, baş verə bilər və çox tezliklə!", - deyə Tramp yazıb.
Amerika lideri bildirib ki, hazırda Çin iqtisadiyyatı ABŞ-la ticarət qarşıdurması fonunda cüzi artıma malikdir.
ABŞ prezidenti daha əvvəl də bildirib ki, Amerika və Çin ticarət sövdələşməsi imzalamağa yaxındır, lakin o, hazırkı vəziyyətin ABŞ tərəfini qane etmədiyini düşünür.