Tramp USAID-ın işini “fırıldaqçılıq” adlandırıb
- 19 mart, 2025
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işində genişmiqyaslı fırıldaqçılıq sxemləri mövcud olub.
“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
“Çox gözəl səslənir – ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Gözəl deyilmi? Amma bu tam bir fırıldaqçılıqdır”, – Vaşinqton administrasiyasının başçısı təfərrüatları açıqlamadan bildirib.
Tramp vurğulayıb ki, ABŞ Demokrat Partiyası bu pozuntulara maraq göstərmir və onun administrasiyasının agentliyin işini dayandırmağa yönəlmiş tədbirlərinə qarşı çıxır.
“Demokratlar daim deyirlər: “Konstitusiyamız pozulub”. Onların heç vaxt danışmadıqları yeganə şey milyardlarla dolların hara yoxa çıxmasıdır. Onlar axtarmaq istəmirlər”, – Amerika lideri qeyd edib.