Tramp Türkiyənin S-400 almasında Obamanı günahlandırıb

Tramp Türkiyənin S-400 almasında Obamanı günahlandırıb Amerika lideri Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına münasibət bildirib.
Digər ölkələr
27 İyul , 2019 03:17
Tramp Türkiyənin S-400 almasında Obamanı günahlandırıb

Amerika lideri Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına münasibət bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu "çətin vəziyyət" adlandırıb.

"Onlar S-400 alırlar... Mən Türkiyəni günahlandırmıram, çünki Obama administrasiyası dövründə yaranmış bir çox vəziyyətlər və digər problemlər var", — deyə Tramp bildirib.

Bununla yanaşı o qeyd edib ki, Vaşinqton Ankara üçün təklif etdiyi F-35 qırıcılarını asanlıqla başqa ölkələrə sata bilər.

Son xəbərlər

Orphus sistemi