Tramp: “Telefon danışıqlarıma 25 nəfər qulaq asır”
Digər ölkələr
- 14 fevral, 2020
- 04:26
Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon söhbətinə görə impiçment proseduru ilə üzləşmiş ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evin digər əməkdaşlarının onun xarici liderlərlə söhbətinə qulaq asması təcrübəsinə son qoya bilər.
“Report” xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri bu barədə “Iheart” radiostansiyasının müsahibəsində deyib.
Ağ Ev rəhbəri əlavə edib ki, ənənə əvvəlki administrasiyalardan miras qalıb.
"Bu, çox illər boyunca mövcuddur. Nə vaxt ki, xarici liderə zəng edirsən, insanlar sənə qulaq asırlar. Mən bu təcrübəyə son qoya bilərəm", - Tramp deyib.
Onun sözlərinə görə, prezident zənglərinin monitorinqində bəzən administrasiyada təcrübə keçənlərdən dövlət katibinə qədər 25-ə yaxın insan iştirak edir.
Son xəbərlər
09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.08.2026)
Maliyyə09:02
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir
Futbol09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.08.2026)
Maliyyə08:43
NHK: Yaponiya Putinin Kuril adalarına səfərinə cavab tədbirlərini nəzərdən keçirir
Digər ölkələr08:09
Foto
Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:04
ABŞ-də 16 ildən sonra ilk dəfə bir gündə üç nəfər edam edilib
Digər ölkələr07:51
Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:26
Keçmiş məcburi köçkün: Uzun müddət idi, bu günü gözləyirdik
Daxili siyasət06:59