Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinə, təqribən, 8 milyard dollar yönəltmək məqsədi ilə ölkədə fövqəladə vəziyyət elan etmək niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Administrasiyadan olan mənbələrdən alınan məlumata görə, bu məbləğin 3,5 milyard dolları Pentaqonun ehtiyacları üçün obyektlərin tikintisi üçün ayrılan vəsaitlərdən əldə ediləcək. Daha əvvəl ABŞ
Daha 1,38 milyard dollar Milli Təhlükəsizlik Nazirliyi xətti ilə alınacaq. Bu vəsait daha əvvəl sərhəddə maneənin tikintisi üçün ayrılmışdı.
Ümumiyyətlə, daha əvvəl Ağ ev Donald Trampın divarın tikintisi üçün maliyyələşdirmə əldə etmək məqsədi ilə ölkədə fövqəladə vəziyyət tətbiq etmək planlarını təsdiqləyib.
Xatırladaq ki, dünən ABŞ Senatı növbəti "şatdaun"un qarşısını almaq üçün büdcəni qəbul edib.