Tramp qanunsuz mühacirlərə sığınacaq verilməsini qadağan etdiyinə görə məhkəməyə verilib
- 09 noyabr, 2018
- 23:51
Bakı. 10 noyabr. REPORT.AZ/ "Amerika Vətəndaş Azadlıqları İttifaqı" hüquq müdafiə təşkilatı (ACLU) bildirib ki, ölkə başçısı Donald Trampın qanunsuz mühacirlərə sığınacaq verilməsinin qadağan olunmasına dair fərmanınn ləğv edilməsi tələbi ilə Prezident Administrasiyasını məhkəməyə verib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ACLU hüquqşünasları təşkilatın "Twitter" mikrobloquna yazıblar.
"Biz prezidentin sığınacaqla bağlı yeni qadağasını mübahisə etmək üçün yenicə iddia qaldırdıq. Nə prezident, nə də onun kabineti aydın qanunvericiliyi ləğv edə bilməz, halbuki onlar elə bunu etməyə çalışırlar. Onlarla məhkəmədə görüşəcəyik", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Tramp İrana qarşı təqribən 40 il əvvəl tətbiq olunan sanksiyaların müddətini uzadıb.