Birləşmiş Ştatlar rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı ətrafında vəziyyəti diqqətlə araşdıracaq.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, belə açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.
"Düşünürəm ki, əgər bu belədirsə, biz həmin məsələyə çox ciddi baxmalıyıq. Və düşünürəm ki, biz bunu edəcəyik”, - deyə ABŞ prezidenti Navalnının zəhərlənmə haqqında suala cavabında deyib.
Ağ Ev başçısı qeyd edib ki, hələlik onda Rusiyanın Navalnının zəhərlənməsi məsələsi ilə əlaqəsinin ola biləcəyinə dair sübut yoxdur. Eyni zamanda Tramp bildirib ki, əgər Rusiyanın hadisədə iştirakı aşkarlansa, o, "çox qəzəblənəcək".
"Heç kim Rusiyaya münasibətdə mənim qədər sərt olmayıb", - prezident Navalnı ətrafında yaranmış vəziyyətdə ABŞ-ın addımlarının olub-olmaması barədə suala cavabında deyib.