Tramp miqrasiya fərmanını yerinə yetirməkdən imtina edən ədliyyə nazirini istefaya göndərib

Tramp miqrasiya fərmanını yerinə yetirməkdən imtina edən ədliyyə nazirini istefaya göndərib Salli Yeyts prezidentin miqrasiya haqqında fərmanını yerinə yetirməkdən imtina edib
Digər ölkələr
31 Yanvar , 2017 06:27
Tramp miqrasiya fərmanını yerinə yetirməkdən imtina edən ədliyyə nazirini istefaya göndərib

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkənin baş prokuroru vəzifəsini yerinə yetirən ədliyyə naziri Salli Yeytsi istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb S.Yeytsin prezidentin miqrasiya haqqında fərmanını yerinə yetirməkdən imtina etməsi olub.

Ədliyyə naziri vəzifəsinə Virciniya ştatının Şərq dairəsi prokuroru Dan Boente təyin edilib.

"Salli Yeyts ədliyyə nazirliyinə xəyanət edərək Birləşmiş Ştatlar vətəndaşlarının müdafiəsinə yönəlmiş qanuni əmri həyata keçirməkfən imtina edib" – deyə Ağ Evin bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ prezidentinin bu fərmanı ölkədə və onun sərhədlərindən kənarda narazılıqlara səbəb olub.

Son xəbərlər

Orphus sistemi