Tramp Meksika ilə sərhəddə ABŞ sərhədçisinin öldürüldüyünü bildirib
Digər ölkələr
- 20 noyabr, 2017
- 02:16
Bakı. 20 noyabr. REPORT.AZ/ ABŞ-ın sərhəd xidmətinin əməkdaşı Meksika ilə sərhəddə baş vermiş silahlı insident zamanı öldürülüb.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp "Twitter"də yazıb.
O, qeyd edib ki, daha bir sərhədçi ağır yaralanıb. "Sərhəd xidmətinin zabiti cənub sərhədində öldürülüb, daha bir nəfər ağır yaralanıb. Biz bunda təqsirkar olan şəxsi tapacaq və onu məhkəməyə cəlb edəcəyik", - deyə o yazıb.
Bundan əlavə, Tramp Meksika ilə sərhəddə divarın inşasının vacibliyini də qeyd edib: "Biz divarı tikməliyik və onu inşa edəcəyik".
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
"Fox News"un məlumatına görə, öldürülən şəxs 36 yaşlı Rodjelio Martinezdir. Digər yaralı isə xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
12:48
UEFA Konfrans Liqası: "Neftçi"nin Bakıdakı oyununu kiprli hakim Konstantinos Fellas idarə edəcək
Futbol12:45
Milyonluq mənimsəməyə görə tutulan Müdafiə Nazirliyinin sabiq xidmət rəisi barədə qərar verilib
Hadisə12:40
Azərbaycandakı bankların Mərkəzi Bank qarşısında öhdəliyinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:38
Foto
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Daxili siyasət12:34
UEFA Avropa Liqası: "Qarabağ"ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Futbol12:33
Foto
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Mədəniyyət siyasəti12:32
İran İordaniya ordusunu öz ərazisindəki ABŞ qoşunlarına hücum etməyə çağırıb
Digər ölkələr12:27
Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 119 şübhəli saxlanılıb
Region12:22