Tramp London merini "əsl fəlakət" adlandırıb

Tramp London merini "əsl fəlakət" adlandırıb ABŞ prezidenti Donald Tramp bildirib ki, Londona yeni mer lazımdır. Çünki hazırkı mer Sadik Xan şəhərdə qayda-qanuna nəzarət edə bilmir.
Digər ölkələr
16 İyun , 2019 07:16
Tramp London merini əsl fəlakət adlandırıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Londona yeni mer lazımdır. Çünki hazırkı mer Sadik Xan şəhərdə qayda-qanuna nəzarət edə bilmir.

"Report" xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.

Daha əvvəl bloqer Keti Hopkins Londonda azı 24 saat ərzində törədilən hücum nəticəsində 3 nəfərin öldüyünü, daha 3-nün isə yaralandığını yazıb. Amerika lideri də bu yazını öz "Twitter" səhifəsində paylaşıb cə altından yazıb:

"Londona mümkün qədər daha tez yeni mer lazımdır…Xan əsl fəlakətdir və daha da pis olacaq!".

Sadik Xan Donald Trampı tənqid edən insanlar siyahısına daxildir.

Son xəbərlər

Orphus sistemi