ABŞ prezidenti Donald Tramp teleefirdə koronavirusun mövcudluğunu 15 dəqiqə ərzində aşkarlayan yeni testi nümayiş etdirib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Bildirilir ki, o, Amerikanın “Abbott” şirkətinin hazırladığı testi Pensilvaniya ştatında ABC teleşirkəti ilə təşkil edilmiş tədbirdə göstərib.
"Sizə olduqca xüsusi bir şeyi təqdim etmək istəyirəm. Məndə elə bu gün buraxılan yeni test var”, - deyə Tramp pencəyinin cibindən çıxararaq telekameralara kiçik karton qutunu nümayiş etdirib: “Yeni test “Abbott” şirkəti tərəfindən yaradılıb".
"O, çox mürəkkəbdir, hərçənd, ilk baxışda belə deməzsən - bu nazik kartonun kiçik tikəsidir", - Tramp qeyd edib.
"Bu test çox dəqiq nəticələr verir. İnsanlar onları özlərində saxlaya və yoxlana biləcəklər, hərçənd, əlbəttə həkimə getmək daha yaxşıdır. Amma o, istifadədə çox sadədir və çox dəqiqdir”, - ABŞ lideri vurğulayıb.