Tramp koronavirusla bağlı müşavirə keçiribABŞ prezidenti Donald Tramp, koronavirusla bağlı müşavirə keçirdiyini və vəziyyəti yaxından izlədiyini söyləyib.
ABŞ prezidenti Donald Tramp, koronavirusla bağlı müşavirə keçirdiyini və vəziyyəti yaxından izlədiyini söyləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twtter” hesabında yazıb.
“Çin ilə yaxından əməkdaşlıq edən bütün qurumlarımız, koronavirus haqqında mənə məlumat veriblər. Hadisələri izləməyə davam edəcəyik. Dünyada ən yaxşı mütəxəssislər bizim ölkədədir və onlar bu istiqamətdə günün 24 saatı, həftənin yeddi günü işləyirlər” - deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.
Qeyd edək ki, ABŞ koronavirusla mübarizə aparmaq məqsədilə ölkənin sanitar qurumunun - Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin mütəxəssislərini Çinə göndərəcək.
Just received a briefing on the Coronavirus in China from all of our GREAT agencies, who are also working closely with China. We will continue to monitor the ongoing developments. We have the best experts anywhere in the world, and they are on top of it 24/7! pic.twitter.com/rrtF1Stk78