ABŞ lideri Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında növbəti dəfə Birləşmiş Ştatlarda koronavirus peyvəndinin oktyabr ayı ərzində yaradıla biləcəyini bildirib.
“Report” xəbər verir ki, onun çıxışının yayımı
"Vaksini mənim rəhbərliyim altında rekord vaxta buraxacağıq. Biz onu oktyabr ərzində ala bilərik", - Tramp deyib.
O qeyd edib ki, vaksinin hazırlanması adi şəraitdə "iki-üç ilə lazım ola bilərdi.
"Mümkündür ki, bu böyük sürpriz olacaq. Dünya xalqları xoşbəxt olacaq", - ABŞ prezidenti bildirib. Tramp həmçinin ABŞ-ın koronavirus vaksininin effektivliyinə və təhlükəsizliyinə əminliyi ifadə edib.
Sentyabrın əvvəlində Tramp bildirib ki, koronavirus vaksininin təcrübədən keçən nümunələri sınaqların son mərhələsindədir. Sınaqlar oktyabrda qurtara bilər.
Qeyd edək ki, “The Washington Post” mənbələrə istinadən Trampın ölkənin səhiyyə orqanlarının rəhbərliyindən koronavirus vaksinin hazırlamasını sürətləndirməyə tələb etdiyini yazıb.