Tramp Kim Çen Inla görüşün yeri və formatı barədə danışıb

Tramp Kim Çen Inla görüşün yeri və formatı barədə danışıb Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər.
Digər ölkələr
25 Sentyabr , 2018 04:57
Tramp Kim Çen Inla görüşün yeri və formatı barədə danışıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər.

“Report” xəbər verir ki, bu barədə o Cənubi Koreya lideri Mun Çje İnlə görüş öncəsi danışıb.

"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez görüşə bilər.

O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi