Tramp İrandan neft ixracına dair embarqonun müddətini uzadıb

Tramp İrandan neft ixracına dair embarqonun müddətini uzadıb ABŞ prezidenti Donald Tramp daha əvvəl İrandan neftin və neft məhsullarının çatdırılmalarına qoyulmuş embarqonun müddətini uzadıb.
Digər ölkələr
30 Aprel , 2019 03:48
Tramp İrandan neft ixracına dair embarqonun müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp daha əvvəl İrandan neftin və neft məhsullarının çatdırılmalarına qoyulmuş embarqonun müddətini uzadıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Amerika lideri bununla bağlı imzaladığı fərmanda əminliyi ifadə edərək bildirib ki, bu sahədə İranla əməkdaşlığı dayandırmaq üçün dünyada kifayət qədər neft var.

"Mən bu nəticəyə gəldim ki, dünyada İrandan başqa xarici maliyyə təşkilatları tərəfindən İrandan neftin və neft məhsullarının ixracını əhəmiyyətli dərəcədə ixtisara salmaq üçün digər ölkələrdə də kifayət qədər neft və neft məhsulları istehsal edilir", - deyə Amerika lideri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi