Tramp hərbi həkimi ABŞ-ın ordu naziri postuna namizəd kimi irəli sürüb

Tramp hərbi həkimi ABŞ-ın ordu naziri postuna namizəd kimi irəli sürüb Qrin Tennessi ştatının qanunverici məclisində senator işləyir
Digər ölkələr
8 Aprel , 2017 01:35
Tramp hərbi həkimi ABŞ-ın ordu naziri postuna namizəd kimi irəli sürüb

Bakı. 8 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin quru qoşunlarını idarə edən və Pentaqon rəhbərinə tabe olan ordu naziri postuna Mark Qrinin namizədliyini irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə cümə günü Ağ ev məlumat yayıb.

Qrin Tennessi ştatının qanunverici məclisində senator və xəstəxanalar üçün personal yığımı ilə məşğul olan "Align MD" tibb şirkətində baş menecer işləyir. O, Vest-Poyntdəki hərbi akademiyanın məzunudur. Qrin ordu həkimi işləyib və Yaxın Şərqdə üç hərbi ezamiyyətdə olub.

O, Trampın əvvəlki namizədi, milyarder Vinsent Violanın yerinə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi