Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamentini tərk etmiş karyeralı diplomatlar Donald Trampın siyasətindən narazı olduqları üçün deyil, onun administrasiyasının xahişi ilə gediblər.
"Report" xəbər verir ki, bu barədə Ağ evdəki mənbəyə istinadən CNN məlumat yayıb.
"Onlar dövlət katibi, prezident və Dövlət Departamentinə sadiqdirlər. Heç bir prezidentə hörmətsizlik etmək cəhdləri yoxdur, onlar azad olunmurlar və ikrah hissi oyandığı üçün qaçmırlar. Bütün bunları Ağ ev edir", — deyə telekanalın həmsöhbəti bildirib.