ABŞ prezidenti Donald Tramp Konqresi "cadugər ovu"na son qoymağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə o, özünün
"Bu cadugər ovu təcili qurtarmalıdır. Bu, bizim ölkəmiz üçün çox pisdir", - deyə Ağ Ev rəhbəri yazıb.
Qeyd edilir ki, ABŞ lideri "cadugər ovu" dedikdə hazırda Birləşmiş Ştatlarda keçirilən impiçment prosedurunu nəzərdə tutur.
Donald Trampın impiçment proseduru çərçivəsində dinləmələr ötən həftədən başlayıb. Buna ABŞ rəhbərinin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti səbəb olub. İddia edilir ki, danışıqlar zamanı Tramp həmkarından Co Bayden və onun oğlu barəsində araşdırmaya başlamağı xahiş edib.
Daha əvvəl ABŞ prezidenti Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir.