Tramp Assanjı əfv etmək şərtini açıqlayıb

Tramp Assanjı əfv etmək şərtini açıqlayıb ABŞ Prezidenti “WikiLeaks”in qurucusunu bir şərtlə əfv edəcək
Digər ölkələr
504
18 Sentyabr , 2020 17:55
Tramp Assanjı əfv etmək şərtini açıqlayıb
Culian Assanj
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp “WikiLeaks”in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Assanjın vəkilinə istinadən məlumat yayıb.

2016-cı ildə Demokratlar Partiyasının serverlərindəki gizli məlumatların dərc edilməsi Donald Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına təsir göstərən mənfi amillərdən biri olmuşdu. H.Klinton özü sızmanı məğlubiyyətinin əsas səbəblərindən biri adlandırmış və serverlərin “sındırılma”sına görə rusiyalı hakerləri günahlandırmışdı.

Son xəbərlər

Orphus sistemi