ABŞ Prezidenti Donald Tramp, Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatı ilə əlaqədar ABŞ-ın üç variantının olduğunu bəyan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri özünün “Twitter” hesabında yazıb.
“İŞİD terror qruplaşmasını 100% məğlub etdik. Artıq Suriyada Türkiyənin hücum etdiyi bölgədə qoşunlarımız yoxdur. Çox yaxşı bir iş gördük. İndi Türkiyə kürdlərə hücum edir, 200 ildir bir-birləri ilə vuruşurlar. Üç seçimimiz var: minlərlə əsgər göndərib və hərbi qələbə qazanmaq, Türkiyəyə sanksiyaların köməyi ilə zərbə endirmək və ya Türkiyə ilə kürdlər arasında razılaşmanın əldə olunması üçün vasitəçi olmaq”.
Amerika prezidenti, ABŞ-ın Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə biləcəyini də bildirib.