Tramp: “ABŞ-da koronavirusla bağlı vəziyyət daha da pisləşəcək”

Tramp: “ABŞ-da koronavirusla bağlı vəziyyət daha da pisləşəcək” Birləşmiş Ştatlarda koronavirusun yayılması ətrafında vəziyyət daha da pisləşə bilər.
Digər ölkələr
22 İyul , 2020 02:47
Tramp: “ABŞ-da koronavirusla bağlı vəziyyət daha da pisləşəcək”

Birləşmiş Ştatlarda koronavirusun yayılması ətrafında vəziyyət daha da pisləşə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Evdə jurnalistlər üçün brifinqdə çərşənbə axşamı etiraf edib.

"Bizim ölkənin bəzi hissələrində vəziyyət çox yaxşıdır, başqa yerlərdə çox pis. Təəssüf, ehtimal ki, bu yaxşılaşmağa başlamazdan əvvəl pisləşəcək. Mənim belə danışmaq xoşuma gəlmir, amma reallıq vudur. Bizdə belədir. Bütovlükdə dünyaya baxın və bu bütün dünyada belədir ", - ABŞ-da pandemiya ilə mübarizənin gedişini şərh edən ölkə lideri deyib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusun ən çox yayıldığı ölkədir. Birləşmiş Ştatlar habelə koronavirus qurbanlarının sayına görə dünyada birincidir. 

Son xəbərlər

Orphus sistemi