Torontoda naməlum şəxslər bıçaqla 5 nəfərə xəsarət yetiriblər

Digər ölkələr
  • 02 dekabr, 2017
  • 17:57
Torontoda naməlum şəxslər bıçaqla 5 nəfərə xəsarət yetiriblər

Bakı. 2 dekabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərində naməlum şəxslərin bıçaqla insanlara hücum etməsi nəticəsində 5 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CTV telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, yaralılardan ikisi ağır vəziyyətdədir, onların yaşı və cinsi açıqlanmır.

Hüquq-mühafizə orqanları hücum edənləri axtarır.

Son xəbərlər

Bütün Xəbər Lenti