Torontoda atışma nəticəsində 1 qadın yaralanıb

Torontoda atışma nəticəsində 1 qadın yaralanıb Bakı. 3 dekabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərinin qərbində yerləşən rayonlardan birində naməlum şəxslər arasında silahlı insident olub.
Digər ölkələr
3 Dekabr , 2018 03:25
Torontoda atışma nəticəsində 1 qadın yaralanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərinin qərbində yerləşən rayonlardan birində naməlum şəxslər arasında silahlı insident olub.

"Report" CBC telekanalına istinadən xəbər verir ki, nəticədə bir qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, qadının həyatı üçün heç bir təhlükə yoxdur.

Bununla belə polis hadisəni törədənlərdən heç birini tuta bilməyib. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində atışmaya aid ola biləcək iki avtomobilə baxış keçiriblər.

Bundan əvvəl Torontoda daha bir atışma nəticəsində 1 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi