Tokioda koronavirusa yoluxma rekordu yeniləndi

Tokioda koronavirusa yoluxma rekordu yeniləndi Tokio şəhərində ötən 24 saat ərzində koronavirusa 3 865 yoluxma halı qeydə alınıb ki, bu da növbəti rekord deməkdir.
Digər ölkələr
29 İyul , 2021 13:35
Tokioda koronavirusa yoluxma rekordu yeniləndi

Tokio şəhərində ötən 24 saat ərzində koronavirusa 3 865 yoluxma halı qeydə alınıb ki, bu da növbəti rekord deməkdir.

“Report” xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin açıqladığı statistik hesabatda bildirilir.

Qeyd edək ki, hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi paytaxtda gündəlik yoluxma rekordu üç gündür yenilənir. Belə ki, dünən Tokioda 3 177 nəfər, srağagün isə 2 848 nəfər yoluxub.

Son xəbərlər

Orphus sistemi