Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman ölkəyə gələn miqrantların sayını azaltmaq üçün plan hazırlayıb.
“Report” xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat verib.
Təklif olunan plana əsasən, Böyük Britaniya hökuməti ölkə vətəndaşlığı olmayan ailə üzvlərini ölkəyə dəvət etmək istəyən britaniyalılar üçün minimum gəlir səviyyəsini artırmağa hazırlaşır. Nazirin planında əcnəbi işçiləri işə götürən təşkilatların minimum əmək haqqının artırılması da nəzərdə tutulub. Yeni məhdudiyyətlər beynəlxalq tələbələrə təsir göstərə və hər bir ailə üzvü üçün tələb olunan gəlir səviyyəsinin artması səbəbindən miqrantların yaxınlarını özləri ilə gətirmələrini çətinləşdirə bilər.
Bundan başqa, Böyük Britaniya hökuməti 2023-cü ildə ölkədə miqrantların məskunlaşması üçün xərcləri cari illə müqayisədə 66 % artıraraq 3,5 milyard funt-sterlinqə (4,2 milyard dollar) çatdıracaq.