“Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

“Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb Bakı. 20 aprel. REPORT.AZ/ “Time” jurnalı dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını təqdim edib.
Digər ölkələr
20 Aprel , 2018 17:28
“Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ “Time” jurnalı dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını təqdim edib.

“Report” xəbər verir ki, siyasi liderlərin siyahısına ABŞ prezidenti Donald Tramp başçılıq edir.

Onların arasında Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı Meqan Markl, Londonun meri Sadik Xan, Şimali Koreyanın lideri Kim Çen In, Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva, İraqın baş naziri Heydər əl-İbadi, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salmanın da adları var.

İncəsənət xadimlərinin siyahısında isə aktrisa Nikol Kidman, rejissor Qilermo del Toro, Qal Qadot, Milli Bobbi Braun, aktyor Xyu Cekman və teleaparıcı Cimmi Kimmeli görmək olar.

Bundan əlavə, “Tesla and SpaceX”in qurucusu İlon Mask, teleaparıcı Opra Uinfri, “Amazon”un təsisçisi Ceff Bezos da dünyanın nüfuzlu şəxslərinin siyahısına düşüb. 

Son xəbərlər

Orphus sistemi