​Təxminən iki min rusiyalı "İŞİD" qruplaşmasına qoşulub

​Təxminən iki min rusiyalı "İŞİD" qruplaşmasına qoşulub Milli məsələlər üzrə Federal Agentlik: "İŞİD" yaraqlılarına artıq iki minə yaxın Rusiya vətəndaşı qoşulub
Digər ölkələr
30 İyul , 2015 11:18
​Təxminən iki min rusiyalı İŞİD qruplaşmasına qoşulub

Bakı. 30 iyul. REPORT.AZ/ Milli məsələlər üzrə Federal Agentliyinin qənaətinə görə, ekstremist "İslam Dövləti" qruplaşmasının tərkibinə artıq təxminən iki minə yaxın Rusiya vətəndaşı qatılıb. Bu barədə Milli məsələlər üzrə Federal Agentliyin rəhbəri İqor Barinov "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Report" xəbər verir ki, Barinovun sözlərinə görə, onun rəhbərlik etdiyi agentlik hazırda xüsusi xidmət orqanları və Baş Prokurorluqla birlikdə xüsusi sistem işləyib hazırlayır. Bu sistem operativ şəkildə internet resurslarının ekstremist xarakterli və terrorla bağlı təbliğat aparılması hallarını dərhal müəyyən edəcək və həmin saytların fəaliyyətinin işi müvafiq dövlət qurumu tərəfindən məhdudlaşdırılacaq.

Bir qədər əvvəl Federal Təhlükəsizlik Xidməti rusların "İŞİD" qruplaşması tərkibindəki ümumi sayının 8%-ə qədər olduğunu bildirirdi.

Son xəbərlər

Orphus sistemi