Yuxarı

​Texasda təyyarə avtomobilin üzərinə düşüb, 3 nəfər ölüb

İnsident Hyuston şəhərində Uilyam P.Hobbi aeroportu yaxınlığında baş verib

Bakı. 9 iyun. REPORT.AZ/ Amerikanın Texas ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "KPRC 2" telekanalı məlumat yayıb.

İnsident Hyuston şəhərində Uilyam P.Hobbi adına hava limanı yaxınlığında baş verib.

Hadisə yerindən çəkilən kadrlardan təyyarənin park edilmiş avtomobilin üzərinə düşdüyü görünür. Şahidlərin sözlərinə görə, insident zamanı avtomobildə heç kim olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi