Texasda daşqınlar nəticəsində iki nəfər ölüb

Digər ölkələr
  • 17 iyul, 2026
  • 09:12
Texasda daşqınlar nəticəsində iki nəfər ölüb

ABŞ-nin Texas ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı iki nəfər ölüb.

"Report" "CBS News"a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Abbotta məlumat verib.

Onun sözlərinə görə, bir kişi Komfort rayonunda, daha biri isə Yuvaldenin yaxınlığında ölüb.

Qubernator sakinləri daşqın sularından uzaq durmağa və təhlükə yarandıqda hündür ərazilərə keçməyə çağırıb.

Xilasetmə qüvvələri insanları evlərdən və su basmış avtomobillərdən təxliyə edərək 230-dan çox əməliyyat həyata keçirib. Yuvaldedə polis Leon çayı yaxınlığındakı rayonların sakinlərinə suyun kəskin qalxması təhlükəsinə görə alçaq əraziləri tərk etməyi tövsiyə edib.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə isə həftənin əvvəlindən Yuvaldeyə təxminən 56 santimetr yağıntı düşüb. Texasın bəzi rayonlarında yağıntının həcmi 61 santimetri keçib, bəzi yerlərdə yağışın intensivliyi saatda 7,6 santimetrə çatıb.

Fəlakətin nəticələrinin aradan qaldırılmasına təxminən 2,3 min təcili yardım xidməti əməkdaşı cəlb edilib. Onların sərəncamında 85-dən çox qayıq, 21 təyyarə və 200-dən çox avtomobil var.