Bakı. 29 aprel. REPORT.AZ/ "Cəbhə ən-Nüsrə" terror qruplaşmasının yaraqlıları bu gün Suriyanın şimal paytaxtı sayılan Hələbdə Bab əl-Fərəc yaşayış kvartalını atəşə tutub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Surya" telestansiyası mərmilərin möminlər cümə namazından çıxarkən Molla Xan məscidinə düşdüyünü məlumat verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində 15 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.