​Terrorçu İŞİD-in aylıq gəlirinin məbləği məlum olub

​Terrorçu İŞİD-in aylıq gəlirinin məbləği məlum olub Bu terrorçu qruplaşmanın gəlirinin 43 faizi neft ticarətinin payına düşür
Digər ölkələr
7 Dekabr , 2015 17:38
​Terrorçu İŞİD-in aylıq gəlirinin məbləği məlum olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının aylıq gəliri 80 milyon dollardır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "İHS" ABŞ-ın Araşdırma Mərkəzinin təmsilçisi bildirib.

Məlumata görə, İŞİD-in aylıq gəlirinin 43 faizi neft ticarətinin payına düşür.

Araşdırmaçının sözlərinə görə, terrorçuların gəlirinin 50 faizi onların nəzarəti altında olan ərazilərdəki ticarət obyektlərindən yığılan verginin, torpaq və şəxsi mülkiyyətin müsadirəsi, habelə narkotik maddələrin satışının payına düşür: "Gəlirin qalan hissəsi ianə, əntiq əşyaların satışı, elektrik enerjisinin verilməsinin hesabına formalaşır". 

Son xəbərlər

Orphus sistemi