Tereza Mey ABŞ prezidentinin qaçqınlarla bağlı qərarını pisləyib

Tereza Mey ABŞ prezidentinin qaçqınlarla bağlı qərarını pisləyib "Biz bu cür yanaşma ilə razı deyilik"
Digər ölkələr
29 Yanvar , 2017 13:36
Tereza Mey ABŞ prezidentinin qaçqınlarla bağlı qərarını pisləyib

Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə razı olmadığını bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi məlumat yayıb.

"Birləşmiş Ştatların immiqrasiya siyasəti ABŞ hökumətinin öz məsələsidir, necə ki, bizim dövlətimizin immiqrasiya siyasətini öz hökumətimiz müəyyən etməlidir. Lakin biz bu cür yanaşma ilə razı deyilik və bu, bizim qəbul edə biləcəyimiz yanaşma deyil. Biz bu yeni fərmanın özündə nəyi ehtiva etdiyini və xüsusilə, Böyük Britaniya vətəndaşları üçün hansı hüquqi nəticələr verə biləcəyini araşdırırıq", - deyə T.Meyin mətbuat kitibi bildirib.

Son xəbərlər

Orphus sistemi