“Telegram”ın təsisçisinin nələrdə ittiham olunduğu məlum olub

“Telegram”ın təsisçisinin nələrdə ittiham olunduğu məlum olub Paris məhkəməsi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.
Digər ölkələr
29 Avqust , 2024 00:27
“Telegram”ın təsisçisinin nələrdə ittiham olunduğu məlum olub

Paris məhkəməsi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.

“Report”un məlumatına görə, bu barədə Paris prokurorluğunun məlumatında deyilir.

Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.

Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegram” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.

İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.

Son xəbərlər

Orphus sistemi